...

ABŞ-dakı Türkiyə və Azərbaycan diasporları qondarma erməni "soyqırım"ı ilə bağlı üçün mitinq keçirib

Cəmiyyət Materials 24 Aprel 2006 13:38 (UTC +04:00)

ABŞ-dakı Türkiyə və Azərbaycan diasporunun nümayəndələri Vaşinqtonda Osmanlı imperiyası dövründə qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı Ankaranın mövqeyini müdafiə etmək üçün mitinq keçiriblər. Trend in Türkiyənin KİV-nə istinadən verdiyi xəbərə görə, ABŞ-dakı Türkiyə səfirliyi qarşısında keçirilən mitinqdə 250-dən artıq adam iştirak edib. Əllərində Türkiyə və Azərbaycanın bayraqlarını tutan aksiya iştirakçıları "Türkiyədən əlini çək", "Erməni yalanına son qoyulsun" və s. kimi şüarlar səsləndiriblər.

Bununla yanaşı, Türkiyənin ABŞ-dakı səfirliyində ABŞ Senatının üzvləri ilə 1915-ci il qondarma "erməni soyqırımı" ilə bağlı gündəlikdəki 3 sənədin çıxarılması üzrə fəal məsləhətləşmələr aparılıb. Qeyd edək ki, hər hansı bir məsələnin gündəlikdən çıxarılması üçün Senatın spikerinin qərarı tələb olunur.

Belə sənədlərdən biri artıq keçmiş ABŞ prezidenti Bill Klintona təqdim olunsa da, o, bunu ratifikasiya etməkdən imtina edib.

Xatırladaq ki, baş nazir R.T.Ərdoğanın şəxsində Türkiyə hökuməti Osmanlı imperiyasının süqutu dövründə baş verən hadisələri araşdırmaq üçün Ermənistan-Türkiyə birgə elmi komissiyasının yaradılmasının zəruriliyi barədə təkliflə çıxış etsə də, rəsmi Yerevan buna rədd cavabı verib.

Xəbər lenti

Xəbər lenti