"Space" telekanalının rəhbərliyində yenidən dəyişiklik edilib. Trend in məlumatına görə, tanınmış kinorejissor Vaqif Mustafayev "Space"in prezidenti vəzifəsinə təyin olunub. Bu yaxınlarda telekanalın prezidenti təyin olunmuş Sevinc Abdullayevanın isə öz ərizəsi ilə istefa verdiyi bildirilir.
Qeyd edək ki, aprelin 7-də Etibar Babayev "Space"in prezidenti vəzifəsindən azad olunmuş və onun yerinə Sevinc Abdullayeva şirkətə rəhbər təyin edilmişdi. Rəhbərliyin dəyişməsindən sonra bəzi kadr islahatları da aparılıb. "215 kl" studiyasının rəhbəri Böyükağa Məmmədov "Space"nin icraçı direktoru vəzifəsinə təyin olunub. Tanınımış kinooperator və rejissor Rafiq Quliyev isə şirkətdə yeni yaradılmış "Space film produksion"ın baş prodüseri kimi işə başlayıb.
Qeyd edək ki, Etibar Babayev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra "Space" kanalının bir sıra əməkdaşları da işdən çıxıblar. Aprelin 25-də əldə olunan məlumatlara görə, həmin əməkdaşlar yenidən "Space"ə qayıdıblar.