...

Çon Vuk Li: Hər bir ölkə "quş qripi" pandemiyasının baş qaldıracağı halda öz tədbirlər planına malik olmalıdır

Cəmiyyət Materials 26 Aprel 2006 18:06 (UTC +04:00)

Hər bir ölkə heç şübhəsiz ki, "quş qripi" pandemiyasının baş qaldıracağı halda öz tədbirlər planına malik olmalıdır. "Bu, yalnız zaman məsələsidir", - deyə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru aprelin 26-da bildirib. Bu barədə Trend məlumat yayıb.

Onun sözlərinə görə, "quş qripi" virusu ilə mübarizə çərçivəsində ÜST təşkilatın bütün 193 üzvünə, o cümlədən, Azərbaycana təqdim olunan plana malikdir.

"Bu xəstəliyin səviyyəsinin 6 mərhələsi müəyyən edilib. Bu gün biz bu virusun 3-cü səviyyəsinə qədər, daha doğrusu, quşların virusun daşıyıcıları olduqları mərhələyə qədər çatmışıq", - deyə Li bildirib.

Təşkilatın rəhbəri bildirib ki, ÜST bu istiqamətdə işlər aparır. Hazırda virus əleyhinə dərman preparatlarının kifayət qədər ehtiyatı mövcuddur.

Zərurət yaranarsa, ÜST yoxsul ölkələrə bu preparatların, o cümlədən, "Tamiflyu" preparatının, müxtəlif növ avadanlıqları verə bilər.

"Bu işlər yüksək təşkilati səviyyədə həyata keçirilməlidir", -deyə baş direktor sonda bildirib.

Xəbər lenti

Xəbər lenti