...

Turoperatorlar Azərbaycan vətəndaşlarının Misirə səfəri ilə bağlı çətinliklərlə qarşılaşır

Cəmiyyət Materials 27 Aprel 2006 12:31 (UTC +04:00)

Hazırda Misirə səfər etmək istəyən Azərbaycan vətəndaşlarının sayı demək olar ki, sıfıra bərabərdir. Bu barədə Trend ə Absheron Tour, BTI və Improtex travel turizm agentliklərindən kurort rayonu Dəhabda törədilmiş terror aktları ilə əlaqədar bu ölkəyə getmək istəyənlərin sayının azalması mümkünlüyünün şərhi zamanı bildirilib.

Şirkətlərin nümayəndələrinin sözlərinə görə, 2004-cü ildə Azərbaycandan Misirə 4 çarter reysi həyata keçirilib. Biletlərin qiyməti isə təxminən $300-$500 təşkil edib. Bu il həmin reyslər təşkil olunmur və Misirə getmək istəyənlər bu ölkəyə ancaq Moskvadan səfər edə bilər. "Bu, çox vaxt alır və biletlərin qiyməti ikiqat bahadır. Buna görə də hazırda Misir kurortlarına getmək istəyən demək olar ki, yoxdur", - deyə şirkətlərdən qeyd olunub.

Misirin turizm naziri Zuheyr Qarana etiraf edib ki, Dəhabda törədilmiş terror partlayışları turist axınına öz mənfi təsirini göstərəcək. Dəhab kurortunda 21 mehmanxana və 1,7 min nömrədən ibarət kempinq var. Hər il bura təxminən 100 min nəfər xarici turist gəlir.

3 partlayış şəhərin təxminən 1,5 km uzunluğunda olan xüsusi keçidində törədilib. Burada çoxlu mağazalar, dükanlar və restoranlar var. "Cinayətkarlar burada çoxlu turistin, o cümlədən bayram günlərinin olmasından istifadə edərək dincəlməyə gələn misirlilərin olduğu vaxtı seçib", - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti