Mayın 2-də Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçiriləcək. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib. Bildirilib ki, iclasda altı məsələ müzakirə olunacaq.
Müzakirəyə çıxarılacaq ilk məsələ Bülbül adına orta ixtisas musiqi məktəbinin "Açıq fikir" qəzetinə qarşı şikayəti olacaq. Bundan sonra Şəki 19 saylı Tibbi Əmək Zona Ekspertiza İdarəsinin "Azadlıq və zaman" qəzetindən olan şikayətinə baxılacaq. Ağdam Rayon Təhsl Şöbəsinin "Naxçıvanın səsi" qəzetinə qarşı şikayəti də MŞ komissiyasının iclasında müzakirəyə çıxarılacaq. MŞ-yə "Media Azərbaycan" qəzetindən olan şikayətin müəllifi isə Respublika Doğum Evinin baş həkimi M.Quliyevadır. İclasda bu məsələyə də diqqət yetiriləcək.