...

Faiq Qurbanov: Ağır cinayət törətmiş yeniyetmə məhkumlara yüngül cəza verilə bilməz

Cəmiyyət Materials 5 May 2006 17:54 (UTC +04:00)

Azərbaycanda yeniyetmə məhkumlar arasında ağır cinayət törətmişlərin çoxluq təşkil etməsi onların cəzasına alternativ olaraq daha yüngül cəza tətbiq edilməsi məsələsi mübahisəlidir. Bu barədə Trend ə Ədliyyə Nazirliyinin insan hüquqları üzrə şöbəsinin rəisi Faiq Qurbanov məlumat verib.

F.Qurbanovun sözlərinə görə, qeyri-hökumət təşkilatları bu istiqamətdə hökumətə bir sıra təkliflərlə müraciət ediblər. Lakin həmin təkliflərin tam şəkildə qəbulu mümkün deyil.

"QHT-lər təklif edirlər ki, yeniyetmə məhkumların cəzası törətdikləri cinayətin çəkisindən asılı olmayaraq ya şərti, ya da azmüddətli cəzayla əvəz edilsin. Lakin fikirləşən yoxdur ki, axı hər bir cinayətdə zərərçəkmiş tərəf mövcuddur. Əgər hansısa yeniyetmə kiminsə övladını qəddarlıqla həyatdan məhrum edibsə, həmin yeniyetməyə şərti cəza təyin edib azadlığa buraxmaq artıq mərhumun ailə üzvlərinin hüquqlarını tapdalamaqdır. Bu zaman istər-istəməz zərərçəkmiş tərəf məhkəmənin qərarına müxtəlif yollarla etirazını bildirəcək. Odur ki, məsələni bir qədər başqa cür qoymaq lazımdır" - deyə F.Qurbanov qeyd edib.

Xəbər lenti

Xəbər lenti