...

Azərbaycanın futbol yığması Moldova ilə hazırlıqsız oynayacaq

Cəmiyyət Materials 14 May 2006 13:35 (UTC +04:00)

Azərbaycanın futbol yığması mayın 18-də Moldova komandası ilə yoldaşlıq oyunu keçirmək üçün heç bir təlim-məşq toplanışı olmadan Kişinyova yola düşəcək.

Komandanın baş məşqçisi Şahin Diniyevin Trend ə bildirdiyinə görə, komanldanın tam hazırlaşması üçün vaxt yoxdur. "İstirahət günləri ölkə çempionatının oyunları keçirilir. Belə ki, yığmaya namizədlər mənim sərəncamıma yalnız bazar ertəsi daxil olacaq. Mayın 18-də isə oyunun keçiriləcəyini nəzərə alaraq, bizim yalnız bir neçə məşqə vaxtımız qalır", - deyə o nəzərə çatdırıb.

Qeyd etmək lazımdır ki, yoldaşlıq oyunu ilə əlaqədar AFFA ölkə birinciliyi və Kuboku təqviminə xeyli dəyişikliklər etməli olub.

Xəbər lenti

Xəbər lenti