...

Azərbaycanlı samboçular Avropa birinciliyində iştirak edəcək

Cəmiyyət Materials 17 May 2006 19:00 (UTC +04:00)

Azərbaycanın sambo yığması mayın 18-də Yunanıstanda yeniyetmələr və gənclər arasında keçiriləcək Avropa birinciliyində iştirak edəcək.

Komandanın baş məşqçisi Mübariz İbrahimovun Trend ə verdiyi məlumata görə, yeniyetmələr arasında xalça üzərinə Cavidan Qarayev (48 kq), Cavid Mustafayev (52 kq), Yaşar Abbasov (60 kq), Emin Həsənov (65 kq), Elçin Ramazanov (70 kq) və Mirəli Ağamirov (75 kq) çıxacaq. Gənclər arasında isə respublikanı Elşən İsmayılov (57 kq), Fuad Əliyev (62 kq), Elgün Müslümov (68 kq), Nail Bayramov (74 kq), Yasin Həsənov (78 kq) və Orxan Ramazanov (90 kq) təmsil edəcək.

M.İbrahimovun fikrincə, yığma iki yaş kateqoriyasında bir neçə medal qazanmaq və ümumi komanda hesabının nəticələrinə görə ilk beşlikdə yer uğrunda mübarizə aparmaq əzmindədir.

Xəbər lenti

Xəbər lenti