...

Ağayar Axundzadə: Elnur Məmmədli yığmanın yeni lideridir

Cəmiyyət Materials 27 May 2006 14:04 (UTC +04:00)

"Cüdo üzrə Avropa çempionatında Elnur Məmmədlinin qələbəsi yığmada yeni liderin olmasına dəlalət edir". Bu barədə Trend ə cüdo komandasının baş treneri Ağayr Axundzadə Tamperdə (Finlandiya) keçirilmiş qitə birinciliyində atletin uğurlu çıxışını şərh edərkən bəyan edib.

O qeyd edib ki, hələ bu yaxınlarda Rotterdamda və Moskvada keçirilmiş "A" kateqoriyalı turnirlərdə "bürünc" medal qazanmış Elnur (73 kq) titul uğrunda mübarizə əzmində olduğunu bildirib və haqlı olaraq qalib adını qazanıb. Bütün oyunlarda o, demək olar ki, qələbənin rəhni olan aqressiv döyüş tərzi nümayiş etdirib", - deyə A.Axundzadə vurğulayıb.

Qeyd etmək lazımdır ki, mayın 27-də Tamperdə tatami üzərinə daha bir atletimiz Mehman Əzizov (81 kq) çıxacaq.

Xəbər lenti

Xəbər lenti