...

AZERROS iyunun 9-da Moskvada "Biz-Rusiyalılar!" Milli-Mədəni Vətənpərvər Birliklərin Ümumrusiya forumunu keçirəcək

Cəmiyyət Materials 30 May 2006 14:42 (UTC +04:00)

İyunun 9-da Moskvada ilk dəfə olaraq "Biz-Rusiyalılar!" Milli-Mədəni Vətənpərvər Birliklərin Ümumrusiya Forumu keçiriləcək. Trend in Rusiyadakı xüsusi müxbiri xəbər verir ki, tədbirin təşkilatçısı Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyatı AZERROS-dur. AZERROS-dan başqa forumun əsas təşəbbüskarları "Rus Dirçəlişi" və "Qarşılıqlı Fəaliyyət" ümumrusiya ictimai hərəkatlarıdır.

"Tədirin keçirilmə səbəbi Rusiyada milli ədavət zəminində baş verən zorakılıqdır ki, bunun da qarşısı hökumət və ictimaiyyətin birgə səylərilə alınmalıdır" - deyə AZERROS-dan bildirilib.

Forumun əsas məqsədi - ictimai birliklərin hökumət orqanları, əsas dini icmalar və işgüzar dairlərin etnik-siyasi məsələlərin həllində qarşılıqlı fəaliyyəti üzrə birgə proqramların hazırlanmasıdır.

Forumun işinə Rusiyanın ictimai və dini birliklərinin nümayəndələri, Dövlət Dumasının deputatları, Rusiya prezidenti administrasiyası, hökumət apparatı və İnsan haqqları üzrə müvəkkilinin nümayəndələri, İctimai Palatanın üzvləri, eləcə də ziyallılar dəvət olunub.

Xəbər lenti

Xəbər lenti