...

Kür çayının çirkləndirilməsilə bağlı Azərbaycanın Gürcüstana qarşı iddiaları əsassız deyil

Cəmiyyət Materials 2 İyun 2006 19:00 (UTC +04:00)

Azərbaycanın Kür çayının çirkləndirilməsilə bağlı Gürcüstana qarşı iddiaları əsassız deyil. Trend in xüsusi müxbiri "Mtkvari-Araks" qeyri-hökumət təşkilatları koalisiyasının sədri Giorgi Dzamukaşviliyə istinadən xəbər verir ki, Azərbacyan əhalisinin içməli su vasitəsi kimi istifadə etdiyi Kür çayı Gürcüstan ərazisində çirkab suları, sənaye tullantıları və tikinti materialları ilə çirkləndirilir.

"Bu problemi birgə və kompleks şəkildə həll etmək lazımdır" - deyə o bildirib.

Qeyd etmək lazımdır ki, bu gün Cənubi Qafqaz ölkələri Kür çayının müdafiəsi gününü qeyd edir. Bu gün 1999-cu ildən qeyri-hökuiət təşkilatları tərəfindən qeyd olunur. Tbilisidə koalisiya fəalları su ehtiyatlarını qorumağa çağıran maykalar və açıqçalar paylayıb.

G.Dzamukaşvili deyib ki, "Kür-Araz" hövzəsinin mühafizəsi bütün Qafqaz dövlətləri üçün vacibdir, çünki su ehtiyatları tükənməz deyil. "Hələlik çayda üzmək və balıq ovlamaq tövsiyə olunmur, gələcəkdə isə içməli su kimi istifadəsinə də qadağa qoyulacaq"- deyə o vurğulayıb.

Su ehtiyatlarının mühafizəsi üçün Azərbaycan Gürcüstana "Transsərhəd çaylar və göllərin mühafizə və istifadəsi" adlı 1992-ci il konvensiyasına qoşulmağı təklif edib.

Xəbər lenti

Xəbər lenti