...

Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığması Yeltsin kubokunda yenə də Rusiya ilə oynayacaq

Cəmiyyət Materials 3 İyun 2006 15:07 (UTC +04:00)

Rusiyanın birinci prezidenti Boris Yeltsin Kuboku uğrunda 5-12 iyulda Yekaterinburqda baş tutacaq II beynəlxalq turnirdə Azərbaycanın qadınlardan ibarət yığmasının rəqibləri müəyyən olundu.

Trend in verdiyi xəbərə görə, püşkatmaya əsasən meydan sahibləri, Bolqarıstan və Hollandiya komandaları ilə bərabər Faiq Qarayevin yetirmələri də "A" qrupuna düşüblər. Qrup mərhələsinin oyunları Nijni Taqildə olacaq, qrupda ilk iki yeri tutmuş kollektivlər isə yarışın yarımfinalına çıxacaq və medal uğrunda mübarizəyə qoşulacaqlar. Maraqlıdır ki, yığmamız dəfələrlə yarışların mükafatçısı olub, keçən mövsümdə isə hətta Rusiya yığması üzərində qələbə də qazanıb.

Eyni zamanda "B" qrupunda Çin, Qazaxıstan, Kuba və Türkiyə yığmaları iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti