...

Azərbaycanın BMT İnsan Haqları Şurasının üzvü kimi öz məqsədləri var

Cəmiyyət Materials 6 İyun 2006 15:48 (UTC +04:00)

Azərbaycan BMT-nin İnsan Haqları Şurasında üzvlüyünün 3 il davam edəcəyini nəzərə alaraq bu qurumun üzvü kimi daha fəal olmağa çalışır. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərlə söhbətində Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

"Azərbaycan 2005-ci ildə İnsan Haqları Komissiyasına üzv seçilib, ancaq bu qurum uzun müddət fəaliyyət göstərmədi", - deyə nazir müavini xatırladıb. O qeyd edib ki, bu gün BMT İnsan Haqları Şurası yaradılıb və bu Şura çərçivəsində rəsmi Bakının müəyyən məqsədləri var.

"Bu qurum çərçivəsində üzvlük rotasiyasının müxtəlif müddətləri mövcuddur: 1, 2 və 3 il. Azərbaycan tam 3 il Şuranın üzvü olacaq", - deyə M.Məmsədquliyev qeyd edib. O nəzərə çatdırıb ki, dünyanın 47 ölkəsi BMT-nin bu qurumunun üzvüdür.

Xəbər lenti

Xəbər lenti