...

Ombudsman Elmira Süleymanova Vyanaya yola düşüb

Cəmiyyət Materials 10 İyun 2006 12:40 (UTC +04:00)

Azərbaycanın İnsan haqları üzrə müvəkkili Elmira Süleymanova iyunun 11-13-də Avstriya paytaxtında keçiriləcək Avropa ombudsmanlarının görüşündə iştirak etmək üçün Vyanaya yola düşüb. Ombudsman aparatından Trend ə verilən xəbərə görə, Azərbaycanın İnsan haqları üzrə müvəkkili Beynəlxalq ombudsman institutunun Avropa regional təşkilatından bu tədbirə dəvət alıb.

Bu tədbirdə ombudsman institutunun insan haqlarının müdafiəsində rolu və funksiyaları müzakirə ediləcək, həmçinin fikir və təcrübə mübadiləsi aparılacaq. Avropa ombudsmanlarının səlahiyyətləri, demokratik inkişaf yoluna başlamış Avropa ölkələrində ombudsman institutunun rolu və s. üzrə dinləmələr olacaq.

Həmçinin Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberqin "Avropada insan haqlarına əməl olunma" mövzusunda çıxışı dinləniləcək. Ehtimal olunur ki, E.Süleymanova Azərbaycanda hüquq və azadlıqların müdafiəsi, ombudsman institutunun fəaliyyəti, əldə olunmuş nəticələr və s. sahəsində görülən işlər üzrə məruzə ilə çıxış edəcək. Səfər çərçivəsində o, Avstriyada Azərbaycan diasporasının nümayəndələri ilə də görüşəcək.

Xəbər lenti

Xəbər lenti