...

İyunun sonunda 2006-cı ilin Həcc ziyarəti üçün ərizələrin qəbulu elan olunacaq

Cəmiyyət Materials 16 İyun 2006 13:51 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) iyun ayının sonunda 2006-cı ilin Həcc ziyarəti üçün ərizələrin qəbulu haqqında elan verəcək. Bu barədə Trend ə QMİ -dən xəbər veriblər.

Bu il Həcc ziyarəti dekabr ayında baş tutacaq. Səudiyyə Ərəbistanının Həcc işləri nazirliyi Azərbaycanın normasını hələ dəqiqləşdirməyib, bu məsələ üzrə danışıqlar hələ də davam edir.

Xatırladaq ki, keçən mövsümdə Səudiyyə Ərəbistanı Azərbaycana 2800 yer ayırmışdı.

Xəbər lenti

Xəbər lenti