...

Azərbaycanın ali təhsil məktəblərinə qəbul qaydaları dərc olunub

Cəmiyyət Materials 19 İyun 2006 13:08 (UTC +04:00)

Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2006-2007-ci illərdə ali təhsil məktəblərinə qəbul qaydalarını dərc edib. TQDK-dan Trend ə verilən məlumata görə, məlumat "Abituriyent" jurnalının 3-cü nömrəsində dərc olunub.

Jurnalda sənəd qəbulunun başlanması haqqında elan, qaydalar, qəbulun keçiriləcəyi ixtisasların siyahısı, ərizə nümunələri dərc olunub. Jurnallar artıq satışa çıxarılıb. TQDK sədri Məleykə Əsədova iyunun 20-də keçiriləcək mətbuat konfransında daha ətraflı məlumat verməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti