...

İstirahət üçün tövsiyə olunan otel və turizm komplekslərinin siyahısı açıqlanıb

Cəmiyyət Materials 19 İyun 2006 14:46 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyi yerli və xarici turistlərə istirahət üçün tövsiyə olunan otel, mehmanxana, turizm kompleksləri və mərkəzlərinin siyaşısını açıqlayıb. Bu barədə Trend agentliyi nazirliyə istinadən xəbər verib.

Bunlar Bakıdakı "Grand Otel Auropa", "Hyatt Regensy", "Hyatt Park", "Delfin", "Montenegro İnn", "Radisson SAS Plaza Hotel", "Elit Hotel", "Serin", "Metropol the Hotel", "Rigs Home", "Abu-Arena", "Ambiance" , "Khazar Golden Beach" və s., regionlarda isə- "Ay işığı" (Sumqayit), "Dalğa" (Sumqayit), "Palma" (Xaçmaz) , "Atlant" (Xaçmaz), "Quba olimpiya kompleksi", "Cənnət bağı" (Quba, Xızı) , "Qala" (Lənkəran), "Gəncə" (Gəncə) və s. yerlərdir.

Mədəniyyət və Turizm Nazirliyi həmçinin yalnız nazirlikdən sertifikat almış turizm obyektlərinin xidmətlərindən faydalanmağı, sahilyanı rayon icra hakimiyyətlərinin icazə verdiyi çimərliklərdə istirahət etməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti