...

Azərbaycandan 8 pakistanlı deportasiya olunub

Cəmiyyət Materials 19 İyun 2006 15:54 (UTC +04:00)

Daxili İşlər Nazirliyi nəzdində yaradılmış Miqrasiya Xidmətinin bir neçə aylıq fəaliyyəti dövründə artıq Pakistan Respublikasının 8 vətəndaşı Azərbaycandan çıxarılıb, həmin ölkənin 9 vətəndaşının deportasiyası isə yaxın 2 gün ərzində baş tutacaq. Bu barədə Trend ə Miqrasiya Xidmətinin immiqrasiya nəzarəti şöbəsinin rəisi Ələddin Səfərov məlumat verib.

"Deportasiya olunan və deportasiyası gözlənilən ümumilikdə 17 nəfər Pakistan vətəndaşı son 3 il ərzində Azərbaycan ərazisində qeydiyyatsız və vizasız yaşayanlardır" - deyə Ə.Səfərov bildirib.

Qeyd edək ki, DİN Miqrasiya Xidməti milli təhlükəsizliyə və ictimai asayişə təhdidlər yaratmaq, transmilli cinayıətkralığın müxtəlif növləri ilə məşğul olmaq niyyəti ilə ölkəyə gələn, müvafiq icazə olmadan, etibarsız sənədlər əsasında yaşayan, yaşayış yeri seçmə və qeydiyyat qaydalarına riayət etməyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin saxlanılması üçün əməliyyat axtarış tədbirləri həyata keçirir, həmin şəxslərin deportasiyası ilə məşğul olur.

Ə.Səfərovun sözlərinə görə, hazırda belə şəxslərin aşkar edilməsi üçün əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti