...

Azərbaycan geoloqları palçıq vulkanlarını aşkarlamağın yeni üsulunu ixtira edib

Cəmiyyət Materials 23 İyun 2006 15:56 (UTC +04:00)

Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri palçıq vulkanlarının yeni aşkarlama üsulunu ixtira edib. Kosmik və aerofotomaterialların deşifrəsindən istifadə olunan bu üsul heç bir maddi xərc tələb etmir və daha dəqiqdir. Bu barədə Trend ə Elmlər Akademiyasından xəbər verilib.

Palkçıq Vulkanizmi Şöbəsinin rəhbəri Adil Əliyev deyib ki, alimlərimiz agrokosmofotomaterialların deşifrəsindən istifadə etməklə yeni elmi nəticələr əldə edib. Abşeron yarımadasının cənub-qərbində "Sulutəpə" və "Qazanaxıl", Bakı-Salyan magistralının 110 km-də isə "Quşqaya" yeraltı palçıq vulkanları aşkarlanıb.

İnstitutda palçıq vulkanları 40 ildən çoxdur ki, tədqiq olunur. A.Əliyev qeyd edib ki, geoloji elmin bu sahəsində müəyyən aşlaşılmazlıqlar var. Palçıq vulkanlarının yaranması mexanizmi barədə tam təsəvvür yoxdur. Yeraltı palçıq vulkanları barədə kifayyət qədər məlumat yoxdur.

Son illər Xəzərin Azərbaycan hissəsində aparılmış tədqiqat işləri nəticəsində "Qum-dəniz", "İnnam-dəniz", "Bulla-dəniz" və yeraltı vulkanlar tapılıb. Quruda isə "Bibiheybət" və "Zığ" yeraltı vulkanlar məlumdur.

Palçıq vulkanları rayonda neft və qazın olması ilə sıx əlaqədardır. Neft-qaz yataqlarının təxminən 90%-ı palçıq vulkan strukturları ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti