...

Şəhriyar Məmmədyarov: "Mən Forosda yaxşı başlasam da, ortabab oynadım"

Cəmiyyət Materials 29 İyun 2006 15:00 (UTC +04:00)

"Mən Sergey Rublyovskiyə bir parğtiya qalib gələrək yaxşı başlasam da, ortabab oynadım". Bu barədə Forosda keçirilmiş beynəlxalq "Aerosvit-2006" turnirinə yekun vuran və burada 4-cü yer tutan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov bəyan edib.

Trend "Şaxmatnoye obozreniye"yə istinadən xəbər verir ki, idmançı bir sıra partiyalarda riskə bilərəkdən getdiyini etiraf edib. "2005-ci il Avropa çempionu Liviu-Diter Nisipeanu ilə matçda debyutdan sonra mən təşəbbüsü göstərməyə çalışdım. Lakin rəqibin dəqiq oynadığını görb anladım ki, məni heç-heçə gözləyir və riskli varianta əl atdım. Nəticədə daha pis mövqe qazandım, amma istənilən halda heç-heçə nail oldum" - deyə Ş.Məmmədyarov bildirib.

Qeyd etmək lazımdır ki, Rusiyalı şahmatçı S.Rublyovski "Ageosvit-2006"nın qalibi olub.

Xəbər lenti

Xəbər lenti