Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Forosda keçirilmiş "Aerosvit-2006" beynəlxalq turnirində çıxışından sonra FİDE komissiyasının üzvü Eduard Dubovun İsveçrə sistemi üzrə reytinq siyahısında 17-ci yerdədir.
Trend in xəbər verdiyi kimi, ranqlar haqqında hesabat cədvəlində şahmatçı ispan Aleksey Şirovu, ukraynalı Ruslan Ponomaryovu, amerikalı Qata Kamskini, fransız Joel Lotyeni, 2005-ci ilin Avropa çempionu rumın Liviu-Diter Nisipeanunu və digər ustaları qabaqlayır.
Yaxın gələcəkdə planetin ən yaxşı qrossmeysterlərinin onluğuna düşməyə baş namizəd olan şahmatçımız Teymur Rəcəbov isə 12-ci yerdə qərarlaşıb.
E.Dubov reytinqinin lideri gözəl oyun nümayiş etdirən bolqar Veselin Topalovdur.