...

Hacı Məmmədovun məhkəməsi ilə əlaqədar Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə təhlükəsizlik gücləndiriləcək

Cəmiyyət Materials 3 İyul 2006 15:17 (UTC +04:00)

İyulun 4-də Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun dəstə üzvlərinin məhkəməsinə keçiriləcək hazırlıq iclası ilə əlaqədar olaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin inzibati binasında təhlükəsizlik xidməti gücləndiriləcək. Trend xəbər verir ki, artıq bununla əlaqədar olaraq iyulun 3-dən başlayaraq məhkəmə iclasının keçiriləcəyi zalda təhlükəsizlik məqsədi ilə hazırlıq işlərinə başlanılıb.

Məhkəmə binasına Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin və Milli Təhlükəsizlik Nazirliyinin, binanın çölünə isə Nəsimi rayon Polis İdarəsi 22 saylı polis şöbəsinin işçiləri nəzarət edəcək.

Hazırlıq iclası saat 11.00-a təyin edilib.

Qeyd edək ki, Hacı Məmmədovla bərabər məhkəmə qarşısında qətl, adam oğurluğu və digər müxtəlif ağır cinayətlərdə təqsirləndirilən mütəşəkkil dəstənin 27 üzvü çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti