...

"Bakı" klubunun forvardı Vadim Vasilyev "Maşuk"a keçmək üzrədir

Cəmiyyət Materials 3 İyul 2006 19:03 (UTC +04:00)

"Bakı" klubunun forvardı Vadim Vasilyev Pyatiqorskın "Maşuk" klubuna keçmək üzrədir.

Trend in verdiyi xəbərə görə, Azərbaycan yığmasının keçmiş məşqçisi İqor Ponomaryovun rəhbərlik etdiyi Pyatiqorsk komandası hazırda hücumçunu nəzərdən keçirir. Məşqçi V.Vasilyevi müqavilənin imzalanması məqsədi ilə kluba dəvət edib. Həm də Rusiyanın premyer-liqasına vəsiqə qazanmaq üçün İ.Ponomaryovun təcili surətdə komandanın problemlərini həll etmək iqtidarında olan hücumçuya ehtiyacı var.

Eyni zamanda V.Vasilyevin özü üçün də tanış məşqçinin rəhbərliyi altında Rusiyada oynamaq perspektivi cəlbedici görünür və hücumçunun öz karyerasını məhz "Maşuk"da davam etdirəcəyi ehtimalı böyükdür.

Xəbər lenti

Xəbər lenti