...

Azərbaycanın Səhiyyə Nazirliyi Davud LTD tibb mərkəzinin fəaliyyətini dayandırıb

Cəmiyyət Materials 5 İyul 2006 16:07 (UTC +04:00)

Azərbaycanın Səhiyyə və İqtisiadi İnkişaf nazirlikləri tərəfindən yaradılmış komissiya Davud LTD tibb mərkəzində reydlər aparıb. Trend in Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, yoxlamalar zamanı nöqsanlar aşkar olunub. Xüsusilə müəssisəsinin yerləşdiyi bina sanitariya- gigiyena normalarına cavab vermir, sahəsi 7-8 kv m olan çox kiçik otaqlardan ibarətdir. Mərkəzin 20 kv m sahəsi olan giriş hissəsində qeyri-qanuni aptek fəaliyyət göstərir. Laborator müayinələr (klinik, biokimyəvi, infeksiyalar və hormonlar) bir otaqda aparılır. Laborator müayinələrin aparılması üçün nəzərdə tutulmuş bir çox reaktivlərin istifadə müddətinin bitməsinə baxmayaraq, onlar soyuducudan çıxarılıb sənədləşdirilməyib.

Müayinə və müalicə üçün istifadə edilən tibbi avadanlıqlara Standartlaşdırma, Metrologiya və Patent Agentliyinin rəyi alınmayıb.

Bütün bu faktları nəzərə alaraq Səhiyyə Nazirliyinin sərəncamı ilə "Davud Ltd" MMC-nin fəaliyyəti 06 iyul 2006-cı il tarixdən on (10) günlük dayandırılır.

Sərəncama əsasən, "Davud Ltd" MMC-nin rəhbərliyinə müəssisənin giriş hissəsində qeyri-qanuni fəaliyyət göstərən aptek köşkünün fəaliyyətini ləğv etmək, müəssisənin müayinə kabinetlərinin təyinatına uyğun fəaliyyəti üçün şərait yaratmaq və lazımi cari təmir işləri aparmaq tapşırılıb.

O da bildirilib ki, "Davud Ltd" MMC-nin yenidən fəaliyyətə başlaması məsələsinə nöqsanlar aradan qaldırıldıqdan sonra baxılacaq.

Xəbər lenti

Xəbər lenti