Azərbaycan Səhiyyə Nazirliyinin sərəncamı ilə İqtisadi İnkişaf Nazirliyi nümayəndələrinin iştirakı ilə iki tibb müəssisəsi - Euromed və BioSis-də reydlər keçirilib.
Trend in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yoxlamalar zamanı hər iki mərkəzdə çatışmazlıqlar qeydə alınıb. Tibbi fəaliyyəti əks etdirən sənədləşmə Səhiyyə Nazirliyi və Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş bir sənəddə deyil, tibb müəssisələrinin hazırladığı qeyri-standart blanklarda aparılıb.
Euromed-də laboratoriya və diaqnostik tədqiqatların nəticələri üzrə qeydlər aparılmır, Nazirlər Kabinetinin işə qəbul haqqında qərarındakı müddəalar yerinə yetirilməyib, hər iki müəssisədə istifadə olunan tibb avadanlığına dair Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Agentliyinin rəyi yoxdur. Euromedin aptekində vaxtı keçmiş dərman preparatlarının və Səhiyyə Nazirliyində qeydiyyatda olmayan dərmanların satışı aşkar olunub.
Yuxarıda sadalanan çatışmazlıqları nəzərə alaraq, hər iki müəssisəyə xəbərdarlıq edilib və çatışmazlıqların aradan qaldırılması üçün onlara 10 gün verilib.