...

"Bakı" futbol klubu iki serbiyalı legionerin xidmətindən imtina edib

Cəmiyyət Materials 8 İyul 2006 12:01 (UTC +04:00)

Çempionlar Liqasına hazırlaşan "Bakı" futbol klubu iki legioneri "yararsız" hesab edib.

Trend in xəbər verdiyi kimi, komandanın baş məşqçisi Böyükağa Hacıyev onda təəssürat oyatmayan serbiyalı forvard Nemanya Toşiçin xidmətlərindən imtina edib. Qeyd edək ki, bu günlərdə ölkə çempionu qvineyalı Pate Banqura və Georgi Meqreladze ilə müqavilə bağlayaraq ön xətti gücləndirib.

Bir neçə yoxlama görüşündə lazımi səviyyədə oyun göstərməmiş digər serbiyalı müdafiəçi Qoran Stamenkoviç də məşqçini qane etməyib. "Bakı" artıq UEFA-ya ərizə göndərdiyindən yeni potensial futbolçular Avropa Kuboklarında klubu təmsil edə bilməyəcək. Ancaq "Bakı" futbolçu seçimini davam etdirir.

Xəbər lenti

Xəbər lenti