...

Batumidə GUAM ölkələrinin turizm üzrə dövlət idarələri rəhbərlərinin görüşü keçiriləcək

Cəmiyyət Materials 8 İyul 2006 13:03 (UTC +04:00)

İyulun 11-12-də Batumidə GUAM ölkələrinin turizm üzrə dövlət idarələri rəhbərlərinin görüşü keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin xarici turizm idarəsinin rəisi Elçin Qafarlı məlumat verib.

Görüşdə yaxın illərdə GUAM ölkələrinin turizm sahəsində əməkdaşlıq strategiyası müzakirə olunacaq. Azərbaycanı görüşdə GUAM çərçivəsində əməkdaşlıq üzrə ekspert qrupuna başçılıq edən E.Qafarlı təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti