...

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası KİV-lə əməkdaşlıq məsələlərini müzakirə edəcək

Cəmiyyət Materials 13 İyul 2006 20:05 (UTC +04:00)

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən "Neft gəlirləri hamımızındır" kampaniyası çərçivəsində jurnalist müsabiqəsi həyata keçirilir. Bu barədə Trend ə Koalisiyadan məlumat verilib.

Bildirilib ki, iyul 18-də saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffaflığın Artırılması Koalsiyası Şura üzvlərinin KİV-lər üçün mətbuat konfransı keçiriləcək. Tədbirdə neft gəlirlərinin səmərəli idarə olunmasında, bu yöndə şəffaflığın və ictimai nəzarətin artırılmasında KİI- in rolunun gücləndirilməsi və KİI- lə MSŞA Koalisiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Görüşün sonunda MSŞA Koalisiyasi tərəfindən "Neft gəlirləri hamımızındır" kampaniyası çərçivəsində həyata keçirilən jurnalist müsabiqəsinin şərtləri elan olunacaq, jurnalistləri maraqlandıran suallara cavab veriləcək. Hazırda bu tədbirə hazırlıq işləri gedir.

Xəbər lenti

Xəbər lenti