...

Vyanada mətbuat problemlərinə həsr olunmuş konfrans başa çatıb

Cəmiyyət Materials 17 İyul 2006 11:00 (UTC +04:00)

Vyanada dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan çoxlu sayda nümayəndə heyətinin iştirak etdiyi "Mətbuat azadlığı, jurnalistlərin müdafiəsi və informasiyaya çıxış" mövzusuna həsr olunmuş ikigünlük beynəlxalq konfrans keçirilib.

Trend in Vyanadakı xüsusi müxbirinin məlumatına görə, Azərbaycan nümayəndə heyətinin tərkibində konfransda Prezident Aparatının nümayəndəsi Vüqar Əliyev, "Yeni Nəsil" Jurnalistlər İttifaqı Assosiasiyasının sədri Arif Əliyev, bir sıra qəzet, QHT və KİV nümayəndələri, o cümlədən ATƏT-in Bakı ofisinin nümayəndələri Ülvi Axundov, İnqrid Angele və Elşad Fərzəliyev iştirak edib.

İclaslarda ATƏT komissiyasının başçısı, Belçikanın səfiri Frank Qerkens sədrlik edib.

Əsas debatlar Londondan olan beynəlxalq ekspert David Banisarın "İnformasiyaya çıxış layihəsi" ilə bağlı olub.

Xəbər lenti

Xəbər lenti