...

Azərbaycanın ali təhsil müəssisələrində YUNESKO kafedralarının yaradılması planlaşdırılır

Cəmiyyət Materials 17 İyul 2006 13:00 (UTC +04:00)

Azərbaycanın Təhsil Nazirliyi "Ali təhsil müəssisələrində YUNESKO kafedralarının yaradılması" proqramının gerçəkləşdirilməsinə başlamaq niyyətindədir. Bu barədə Trend ə Təhsil Nazirliyindən məlumat verilib.

Hazırda Nazirliyin YUNESKO ilə əməkdaşlığı çərçivəsində bir sıra proqramlar, o cümlədən "Təhsil hamı üçün", "Assosiasiyalaşdırılmış məktəblər" və "Texniki-peşə təhsilinin inkişafı" proqramları həyata keçirilir. YUNESKO ilə əməkdaşlıq xüsusilə Azərbaycanın təhsil sistemində islahatların aparılmasına yönəldilmiş proqramlar çərçivəsində inkişaf edir.

YUNESKO ilə daha fəal əməkdaşlıq Azərbaycan üçün keyfiyyətli təhsilə çıxış, təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi, bütün səviyyələrdə tədris proqramlarının bərpası, müəllimlərin yenidən hazırlanması və ixtisaslarının təkmilləşdirilməsi, texniki-peşə təhsilinin müasirləşdirilməsi, təhsil sisteminə İKT-nin tətbiqi kimi prioritet sahələr üzrə aparılır.

Xəbər lenti

Xəbər lenti