...

Samir Məmmədov erməni boksçusunu sarsıdıcı məğlubiyyətə uğradıb

Cəmiyyət Materials 20 İyul 2006 19:33 (UTC +04:00)

Azərbaycan boksçusu Samir Məmmədov Plovdivdə keçirilən Avropa çempionatının ən azı bürünc medalını qazanacaq.

Trend agentliyinin məlumatına əsasən, dörddə bir final döyüşündə o, 22 xal fərqi ilə erməni Vaçaqan Avaqyanı sarsıdıcı məğlubiyyətə uğradıb. Bütün döyüş həmvətənimizin üstünlüyü ilə keçib ki, buna sübut da yekun hesabdır - 43:20. Beləliklə, S.Məmmədov Bolqarıstanda qitə birinciliyinə çıxmış ilk azərbaycanlı atletdir.

Bu arada rinqə daha 3 azərbaycanlı - komandanın kapitanı Şahin İmranov (57 kq), Rahib Bəylərov (75 kq) və Pekində mundialın gümüş mükafatçısı Elçin Əlizadə (91 kq) çıxacaq.

Xəbər lenti

Xəbər lenti