...

Azərbaycan tennisçisi Elina Həsənova Dnepropetrovskdakı turnirdə çıxış edir

Cəmiyyət Materials 21 İyul 2006 12:51 (UTC +04:00)

Azərbaycan tennisçisi Elina Həsənova bu günlərdə Dnepropetrovskda keçirilən beynəlxalq turnirdə çıxış edir.

Trend in xəbər verdiyi kimi, birinci dairədə tennisçimiz iki setdə də qalib gələrək (6:2, 6:3), rusiyalı idmançı Darya Babuşkinanı geridə qoyub. Lakin növbəti görüşdə kortun sahibi Yekaterina Yerqineyevaya uduzub. Elina birinci setdə inamla qalib gəlib (6:1), sonrakı iki setdə isə ukraynalıya uduzub.

İndi E.Həsənova yarışlarda cüt çıxış etməyə hazırlaşır, həm də rusiyalı İrina Davıdova ilə duetdə ötən həftə Rusiyada başa çatmış startın qalibi olub.

Dnepropetrovskdakı turnirə gəlincə, qeyd etmək lazımdır ki, bu turnirdə iyirmi beş ölkədən yüzdən artıq idmançı iştirak edir. Yarışın mükafat fondu iyirmi beş min ABŞ dollarıdır.

Xəbər lenti

Xəbər lenti