...

BƏƏ prezidentinin müşaviri Bakıya gələcək

Cəmiyyət Materials 24 İyul 2006 14:40 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirlikləri prezidentinin din və şəriət məhkəməsi məsələləri üzrə müşaviri Əli bin əl Səid əl Haşimi Bakıya gəlir. Prezidentin müşaviri Azərbaycana Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri hacı Allahşükür Paşazadənin dəvətilə səfər edir. Bu barədə Trend ə QMİ-dən xəbər veriblər.

Səfər proqramına baş nazir müavini, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, baş nazir müavini Elçin Əfəndiyev, dövlət müşaviri Hidayət Orucov, QMİ sədri şeyxülislam hacı Allahşükür Paşazadə ilə görüş, eləcə də Heydər Əliyev Fonduna ziyarət daxildir.

Ola bilsin ki, qonaq rayonlardakı məcburi köçkün düşərgələrinə də baş çəksin. Səfər bir həftə davam edəcək.

Xəbər lenti

Xəbər lenti