...

"Karvan" futbol klubu Slovakiyaya yola düşüb

Cəmiyyət Materials 24 İyul 2006 16:01 (UTC +04:00)

"Karvan" futbol klubu iyulun 27-də UEFA Kubokunun 1-ci raundu çərçivəsində "Spartak"a qarşı cavab görüşü keçirmək üçün Slovakiyaya yola düşüb.

Trend in xəbər verdiyi kimi, yevlaxlılar iqlim şəraitinə uyğunlaşmaq və məşq keçmək üçün oyuna bir neçə gün qalmış görüş yerinə gedib. Bundan başqa görüş Trnava stadionunda deyil (stadion bərpa olunmaq üçün bağlanıb), Seneç adlı yerdə keçiriləcək. Qonaqların heyətində demək olar ki, itkiyə yol verilməyib və kollektiv iki oyunun yekunu üzrə qələbəni qeyd etməyə ümidvardır.

Xatırladaq ki, "Şəfa" stadionunda keçirilmiş 1-ci matçda Yunis Hüseynovun yetirmələri Xalid Muradovun sayəsində 1:0 hesabla minimal qələbə qazanıb.

Xəbər lenti

Xəbər lenti