...

Azərbaycan Türkiyədə beynəlxalq festivalda iştirak edəcək

Cəmiyyət Materials 25 İyul 2006 19:06 (UTC +04:00)

Azərbaycan avqustun 1-3-də Türkiyədə keçiriləcək XII "Dədə Qorqud" beynəlxalq mədəniyyət və incəsənət festivalında təqdim olunacaq. Bu barədə Trend ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat veriblər.

Azərbaycan bu festivala Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən dəvət olunub. Azərbaycanın rəqs kollektivləri və folklor ansambları bu tədbirdə çıxış edəcək. Festival Türkiyənin Bayburt şəhərində keçiriləcək. İllik "Dədə Qorqud" festivalı türkdilli xalqların "Kitabi Dede Qorqud" yazılı abidəsinə həsr olunub.

Xəbər lenti

Xəbər lenti