...

Beynəlxalq və Müstəqil universitetlərlə bağlı Respublika Prokurorluğunda qaldırılmış cinayət işi üzrə məsulliyyətə cəlb olunan yoxdur

Cəmiyyət Materials 27 İyul 2006 17:10 (UTC +04:00)

Beynəlxalq və Müstəqil universitetilərlə bağlı Respublika Prokurorluğunda qaldırılmış cinayət işi üzrə məsulliyyətə cəlb olunan yoxdur. Bu barədə Trend ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib.

Hazırda hər iki universitetdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə Baş Prokurorluğun Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən başlanmış cinayət işi əsasında yoxlamalar davam etdirilir.

İdarə bu universitetlərə qanunsuz qəbul favktlarını araşdırır.

Yoxlamalarda Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirlikləri də iştirak edir.

Xəbər lenti

Xəbər lenti