...

Vəkillər Kollegiyiasına üzvlüklə bağlı test imtahanının sentyabrda keçirilməsi planlaşdırılıb

Cəmiyyət Materials 27 İyul 2006 17:50 (UTC +04:00)

Azərbaycan Respublikası Vəkillər Kollegiyasına (VK) üzvlüklə bağlı test imtahanının sentyabrda keçirilməsi planlaşdırılıb. Bu barədə Trend ə VK-nin sədr müavini Fərhad Nəcəfov məlumat verib.

Artıq 300-ə yaxın hüquqşünas imtahanda iştirak etmək üçün sənəd təqdim edib. İmtahanın iki mərhələdə keçirilməsi planlaşdırılıb: test və şifahi. Birinci mərhələ Tələbə Qəbulu üzrə Dövlət Komisiyası tərəfindən həmin Komissiyasının yerləşdiyi binada keçiriləcək. İkinci mərhələnin keçirilməsi üçün isə hələlik konkret yer təyin olunmayıb.

Qeyd edək ki, VK-nın hazırda 500-dən artıq üzvü fəaliyyət göstərir.

Növbəti imtahanları uğurla başa vuran və vəkillik vəsiqəsi qazananların bir qisminin təyinatı regionlara olacaq. Bu zərurət regionlarda vətəndaşlara hüquqi yardımın aşağı səviyyədə olmasından və vəkil çatışmazlığından yaranıb.

Xəbər lenti

Xəbər lenti