...

Ali Məhkəməyə yeni təyinatlar olacaq

Cəmiyyət Materials 29 İyul 2006 12:28 (UTC +04:00)

Cari ilin oktyabr ayına qədər Azərbaycan Respublikası Ali Məhkəməsinə (AM) yeni təyinatlar olacaq. Bu barədə Trend ə Məhkəmə Hüquq Şurasından məlumat verilib.

Prezidentin sərəncamı ilə AM-yə daha 8 hakimin təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, hazırda AM-də 22 hakim fəaliyyət göstərir. Sonuncu dəfə adıçəkilən məhkəməyə təyinatlar may ayında olub. Həmin vaxt prezidentin sərəncamı ilə AM-yə 4 hakim təyin olunub.

Lakin qeyd olunan təyinatlar sonuncu deyil və hakimlərin sayının artırılması 2007-ci ildə də müşahidə olunacaq.

Hakimlərin sayı mühakimənin səmərəliliyinin və keyfiyyətinin təmin olunması məqsədilə artırılır.

Xəbər lenti

Xəbər lenti