...

Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov öz növbəti reytinq döyüşünü sentyabrda keçirəcək.

Cəmiyyət Materials 29 İyul 2006 13:10 (UTC +04:00)

Milli yığmanın keçmiş kapitanı Trend ə bildirib ki, görüş Rusiyanın dəri əlçək ustalarından biri ilə keçiriləcək, lakin onun adı hələlik çəkilmir. "Bu döyüşdə qalib gələrək mən WBA (World Boxing Association) tituluna həqiqi iddiaçı olacam, çünki bu yarış istənilən mənada çox vacibdir. Mən hələlik qüvvə toplayıram və görüşə hazırlaşmağa başlayıram" - deyə Ə.İsmayılov vurğulayıb. O qeyd edib ki, döyüş 10 raunddan ibarət olacaq və buna görə fiziki göstəcilər üzərində işləmək lazımdır.

Eyni zamanda o deyib ki, rusiyalı oyunçu Sergey Tokareva qarşı revanş matçı əvvəlki kimi gündəlikdədir, lakinin bunun həyata keçirilməsi üçün vaxt lazımdır.

Xəbər lenti

Xəbər lenti