...

Hacı Məmmədov və onun bandasının işi üzrə məhkəmə avqustun 7 –dək təxirə salındı

Cəmiyyət Materials 31 İyul 2006 12:24 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyət müvəkkili H.Məmmədov və onun rəhbərlik etdiyi dəstənin işi üzrə məhkəmə iclası avqustun 7-dək təxirə salınıb. Trend xəbər verir ki, bu barədə iyulun 31-də məhkəmə iclasına sədrlik edən hakim Əli Seyfəliev məhkəmə iştirakçılarının nəzərinə çatdırıb.

Hakim bunu təqsirləndirilən şəxslərdən biri Nailə Quliyevanın yeni təyin edilmiş vəkili Vəli Nağdəliyevin cinayət işi ilə tanış olmaması ilə əlaqələndirib. Belə ki, məhkəmə iclası başlayan kimi vəkil hakimdən işlə tanış olmaq üçün 10 günlük möhlət istəyib. Hakim isə vəkilə işlə tanış olmaq üçün bir həftə möhlət verməklə kifayətlənib.

Təqsirlənlirilən şəxs N. Qulieva ötən proseslərdə vəkili Cahangir Cavadovun fəaliyyətini qənaətbəxş hesab etmədiyinə görə onun vəkillik xidmətindən imtina edib və məhkəmədə hüquqlarını müdafiə etməsi üçün vəkil V. Nəğdəliyevlə müqavilə bağlayıb.

Xəbər lenti

Xəbər lenti