...

Azərbaycanlı xokkeyçilər "Challenge" divizionunda bürünc medal qazanıb

Cəmiyyət Materials 31 İyul 2006 12:47 (UTC +04:00)

Azərbaycanın gənclərdən ibarət otüstü xokkey yığması bu yaxınlarda Bratislavada başa çatmış "Challenge" divizionunda çıxışının yekunlarına görə bürünc medal qazanıb.

Trend in xəbər verdiyi kimi, Feyzulla Rəhimbəyovun yetirmələri 3-cü yer uğrunda mübarizədə 7:1 hesabla Yunanıstanı məğlub edib. Artıq 1-ci taymda xokkeyçilərimiz rəqibin qapısına 6 top göndərmişdi. 2-ci taymda isə komanda Ellada nümayəndələrinin qapısından daha bir top keçirib. Bu nəticəyə baxmayaraq yığma "Trophy" divizionuna vəsiqə qazana bilməyib. Bu divizionda yalnız yarışın finalçıları iştirak edəcək. Turnirin qalibləri isə həlledici görüşdə Belarus kollektivini 3:2 hesabla məğlub etmiş ukraynalılar olub.

Xəbər lenti

Xəbər lenti