...

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı 200-ə yaxın hüquqşünas müraciət edib

Cəmiyyət Materials 11 Avqust 2006 15:14 (UTC +04:00)

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə işə qəbulla bağlı 200-ə yaxın hüquqşünas müraciət edib. Bu barədə Trend ə ƏN mətbuat xidmətindən məlumat verilib.

Sənədlərin qəbuluna may ayının 13-dən start verilib. Sənəd qəbulunun 3 aydan artıq davam etməsinə səbəb bu ilki məzunların müsabiqədə iştirakına, həmçinin xaricdə ali təhsil almış şəxslərin diplomlarının qanunvericiliyə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən ekvivalentliyinin tanınması üçün imkan yaratmaqdır.

Sənəd qəbulu başa çatdıqdan sonra işə qəbulla bağlı müsabiqənin keçiriləcəyi yer və tarix elan ediləcək.

Xəbər lenti

Xəbər lenti