...

"Gəncə" futbol klubu ölkə çempionatına buraxılıb

Cəmiyyət Materials 11 Avqust 2006 16:08 (UTC +04:00)

"Gəncə" futbol klubu gec müraciət etməsinə baxmayaraq, Azərbaycan çempionatında iştirak edəcək.

Komandanın vitse-prezidenti Mehman Allahverdiyevin Trend ə verdiyi məlumata əsasən, kollektiv bütün lazımi sənədləri AFFA-ya təqdim edib. "Assosiasiyada bizi inandırıblar ki, birinci iki turun buraxılmış görüşləri ehtiyat günlərdə keçiriləcək və buna görə biz oyunun üçüncü günü yarışa qoşulacağıq" - deyə M.Allahverdiyev bildirib. Beləliklə, milli birincilikdə ötən mövsümdə olduğu kimi yenə də 14 klub oynayacaq.

Qeyd edək ki, "Gəncə"nin maliyyə böhranı az qala komandanın mövcudluğuna son qoymuşdu.

Xəbər lenti

Xəbər lenti