...

Azərbaycanın Təhsil Nazirliyi yeni dərs ilinə hazırlıq görür

Cəmiyyət Materials 17 Avqust 2006 16:46 (UTC +04:00)

Azərbaycanın Təhsil Nazirliyi yeni dərs ilinə hazırlıq görür. Trend in xəbər verdiyi kimi, bu barədə avqustun 17-də jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov məlumat verib.

Onun sözlərinə görə, yeni dərs ili üçün yeni məktəblər tikilir, bəzi məktəblərdə isə əsaslı təmir işləri aparılır. Bundan başqa, məktəblər lazımi avadanlıqlar, kompüter və dərsliklərlə təchiz olunur. Hazırda Bakının 11 rayonundakı iri məktəblərə kitablar paylanılır.

M.Mərdanov əlavə edib ki, bu il dövlət hesabına 108 adda dərslik hazırlanıb və onların əksəriyyəti təzədir.

Xəbər lenti

Xəbər lenti