...

Ombudsman aparatı Gəncədə Uşaq Hüquqları mövzusunda təlim kursu təşkil edib

Cəmiyyət Materials 22 Avqust 2006 18:49 (UTC +04:00)

Bu gün Gəncədə Ombudsman Aparatı ilə YUNİSEF təşkilatının Azərbaycan nümayəndəliyi Uşaq Hüquqlarının müdafiəsi mexanizmi mövzusunda təlim kursuna başlayıb. Kursda icra hakimiyyəti, polis, təhsil, statistika, səhiyyə və digər idarələrin, şəhər prokurorluğunun, uşaq evlərinin və digər dövlət strukturlarının nümayəndələri iştirak edir.

Tədbirdə respublikamızda uşaq hüquqlarının hazırki vəziyyəti və bu sahədə görülən işlər barədə müzakirlər aparılır. Kursun aparıcıları ombudsman aparatının beynəlxalq şöbəsinin mütəxəsisləridir. Qeyd edək ki, kurs 3 gün davam edəcək.

Xəbər lenti

Xəbər lenti