"Təzəpir" və "Əjdərbəy" məscidlərində bərpa işləri 2008-ci ildə başa çatacaq. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə məlumat verib.
Onun sözlərinə görə, təmir-bərpa işləri prezident İlham Əliyevin dəstəyi ilə başlayıb. Bundan başqa "Təzəpir" ərazisində QMİ üçün yeni inzibati binanın inşasına başlanıb. A.Paşazadə qeyd edib ki, binanın layihəsi Şərqin memarlıq üslubunu əks etdirir və müasir tələblərə cavab verir. Binada konfrans-zal, kitabxana, arxiv və muzey fəaliyyət göstərəcək. Bakı İslam universiteti də bu binada yerləşəcək.
Hər iki məscidin ərazisində ehsan üçün binaların, morq və s. inşası da planlaşdırılır", - deyə şeyxülislam bildirib.