Azərbayanlı qrossmeyster Teymur Rəcəbov FİDE komissiyasının üzvü Eduard Dubovun İsveçrə sistemli cari reytinqində 12-ci yerdədir.
Trend in xəbər verdiyi kimi, cədvələ əsasən, bu yaxınlarda sürətli şahmat çempionu adı uğrunda oyunda Vişvanatan Ananda məğlub olan şahmatçının 2728 balı var. O, bu cədvəldə rusiyalı Aleksandr Qrişuku, fransız Etyen Bakronu, erməni Vladimir Akopyanı, macar Yudit Polqarı və digər görkəmli ustaları geridə qoyur. İlk iyirmilikdə digər qrossmeysterimiz Şəhriyar Məmmədyarov da yer alıb. O, 17-ci yerdə qərarlaşıb. Bununla da şahmatçı ispan Aleksey Şirovu, ukraynalı Ruslan Ponomaryovu, holland Sergey Tivyakovu və digər şahmatçıları qabaqlayıb.