...

Azərbaycanın qadınlardan ibarət voleybol yığması qısamüddətli məzuniyyətə çıxıb

Cəmiyyət Materials 7 Sentyabr 2006 11:49 (UTC +04:00)

Qran-Prinin seçmə turnirində 3 həftəlik çıxışını başa vuran Azərbaycanın qadınlardan ibarət voleybol yığması qısamüddətli məzuniyyətə çıxıb.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata görə, voleybolçular gələn həftədən məşqlərə başlayacaq. "Üzücü yarış marafonundan sonra oyunçular əldən düşüb. Buna görə də məşqçi qərargahı onlara bir qədər istirahət verməyi qərara alıb. Çünki sentyabrın sonunda Bolqarıstanda start götürəcək Avropa Qran-Prisinin təsnifat turnirində Faiq Qarayevin yetirmələri də iştirak edəcək", - deyə Z.Gözəlbəyli qeyd edib.

Xatırladaq ki, Cənub-Şərqi Asiyada keçirilmiş yarışın yekunları üzrə komandamız 10 kollektiv arasında sonuncu yerdə qərarlaşıb. Natalya Məmmədova isə ən yaxşı hücumçu adına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti