...

TQDK Azərbaycan texnikumlarına qəbul imtahanlarının nəticələrini elan edib

Cəmiyyət Materials 11 Sentyabr 2006 13:00 (UTC +04:00)

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sentyabrın 8-də keçirilmiş Azərbaycanın texnikumlarına qəbul imtahanlarının nəticələrini elan edib. Bu barədə Trend ə Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib.

2006-2007-ci tədris ili üçün ölkənin əsas (9 illik) təhsil bazasından orta ixtisas məktəblərində 8014 plan yeri ayrılıb. Onlardan 7264 yer Azərbaycan bölməsi, 215 yer rus bölməsi və 535 yer birgə müsabiqə üçün nəzərdə tutulub. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki və Göyçay şəhərlərində keçirilib.

İmtahanların nəticələri "Abituriyent" jurnalında dərc olunub və TQDK-nın saytında yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti