...

Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlı məktəbliləri dərsliklərlə təmin edib

Cəmiyyət Materials 13 Sentyabr 2006 19:27 (UTC +04:00)

Azərbaycan və Gürcüstanın təhsil nazirlikləri arasında əldə olunmuş razılığa əsasən qarşıdakı dərs ili ərəfəsində Gürcüstanda yaşayan azərbaycanlı məktəblilər dərsliklərlə təmin ediliblər. Bu barədə Trend ə Azərbaycanın Ombudsman Aparatından məlumat verilib.

Gürcüstanın Təhsil Nazirliyinin azərbaycanlı məktəblilərin ehtiyacı olduğu dərsliklər üzrə təqdim etdiyi siyahıya əsasən, Azərbaycan Təhsil Nazirliyi qonşu ölkəyə bütün siniflər üzrə 71 min dərslik göndərib. Yaxın vaxtlarda Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı həmin məktəblərin pedaqoji kollektivləri üçün metodik nəşrlər də göndərəcək.

Gürcüstanın Azərbaycan məktəblərində bu il birinci sinifə gedəcək şagirdlər Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə dərs ləvazimatı ilə təmin ediləcəklər.

Qeyd edək ki, Gürcüstanın azərbaycanlılar yaşayan Candar kəndinin orta məktəbinə dərsliklər, dərs ləvazimatları və kompüterlər verilib. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və digər strukturların ayırdığı 25 kompüter məktəblərə və azərbaycanlıların mədəniyyət mərkəzinə təqdim edilib. Qeyd edək ki, həmin mədəniyyət mərkəzində azərbaycanlılar üçün gürcü dili kursları keçiləcək.

Xəbər lenti

Xəbər lenti